Obama: Putin Amerika ordusunun rus ordusundan üstün olduğunu anlayır

“Rusiyanın atdığı addımlar Ukraynada vəziyyəti gərginləşdirir”…

“Rusiyanın atdığı addımlar Ukraynada vəziyyəti gərginləşdirir”.

Amerikanın CBS telekanalına verdiyi müsahibəsində ABŞ prezidenti, Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirməyə davam etdiyi halda hansı nəticələrlə qarşılaşacağı barədə xəbərdarlıq edib.

Oxu.Az NewsRu-ya istinadən bildirir ki, jurnalistin “Obama hesab edirmi ki, Putin Ukraynada vətəndaş müharibəsinə yol açır?” sualına prezidentin cavabı belə olub:

“Tamamilə aydındır ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozaraq, bütün mövcud qanunlara baxmayaraq Krımı yalnız anneksiya etmədi. O, həmçinin Ukraynanın cənubunda və şərqində fəaliyyət göstərən, qeyri-hökumət silahlı qüvvələrini dəstəkləyir”.

Obama eləcə də qeyd etdi ki, Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirməyə və onun suverenliyini pozmağa doğru atılan hər bir addımının nəticəsi olacaq.

“Rusiya iqtisadiyyatı artıq zəifləyib, kapitalın ölkədən sızdığını görürük. Putinin fəaliyyəti yalnız Ukraynaya deyil, perspektivdə Rusiyaya da böyük ziyan dəyəcəyi ehtimalı var”, – prezident deyib.

Qara dənizdə ABŞ HDQ Donald Cook qırıcısının rus Su-24 tərəfindən bombardmanın imitasiyasını şərh edərkən Obama deyib:

“Onlara bizimlə hərbi münaqişə lazım deyil, onlar gözəl başa düşürlər ki, bizim silahlı qüvvələr Rusiya silahlı qüvvələrindən üstündür. Bizə müharibə lazım deyil. Bizə Ukrayna kimi ölkələrin qonşuları ilə heç kimin nə ABŞ, nə də Rusiyanın icazəsini olmadan əlaqələr qura bilməsinin aydın olması lazımdır”.

Obama bu gün Cenevrədə baş tutacaq dördtərəfli görüş zamanı razılığa gəlinməzsə hansı sanksiyalardan söhbət gedəcəyini dəqiqləşdirmədi. Xatırladaq ki, hələ martın axırında ABŞ prezidenti amerikalılara Rusiyanın iqtisadiyatının əsas sektorlarına qoya biləcəyi sanksiyalar haqqında əmr imzalayıb. Baxmayaraq ki, bu addım qlobal iqtisadiyyat üçün neqativ sonluqla nəticələnə bilər, prezident administrasiyası tərəfindən “arzuolunmaz” kimi qəbul edilir.

Rusiya iqtisadiyyatının zəifləməsi əhalinin həyatının pisləşməsi Vladimir Putin rejimindən ölkədaxili narazıçılığa səbəb ola bilər. Amma hələ ki, Putinin reytinqi rekord olaraq qalır. 

www.oxu.az