Ön xətdən son məlumatlar

Ermənilər Füzuli, Tərtər, Xocavənd və Cəbrayıl rayonlarında fəallaşıblar…

Ermənilər Füzuli, Tərtər, Xocavənd və Cəbrayıl rayonlarında fəallaşıblar.

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

/Oxu.az/