İordaniya öz torpaqları uğrunda ədalətli mübarizədə Azərbaycanı dəstəkləyir

İordaniya Haşimilər Krallığı Azərbaycanın yaxın müttəfiqi və tərəfdaşı kimi Ermənistanın işğal etdiyi topraqlarının azad olunması uğrunda ədalətli mübarizədə Bakını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə İordaniya Senatı sədrinin I müavini Abdurrauf Ravabdehi deyib.
“Zor gücü ilə başqalarının torpaqlarının işğal olunmasının qəti şəkildə əleyhinəyik, bunu pisləyirik. İordaniya Azərbaycan torpaqlarının qaytarılmasına tərəfdardır “, – Ravabdehi deyib… Trend.