Ordumuz kriptotelefonlarla silahlanır

Yeni, super müasir mobil qurğuların istehsalçısı da tanınmış şirkətdir…

Yeni, super müasir mobil qurğuların istehsalçısı da tanınmış şirkətdir.

Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib.

CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz aralarında kriptolu danışması mümkündür.

Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir.

Qeyd edək ki, fevral ayında cəbhə bölgəsində keçirilən müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyinin telefonlarının ermənilər tərəfindən dinlənildiyinə dair məlumatlar yayılıb.

www.oxu.az