Ordumuzun hərbi təchizatı

Hazırda 12 adda optik cihaz istehsal edilir…

Hazırda 12 adda optik cihaz istehsal edilir.

Optik nişangahlar, qalimatorlar, termal sistemlər, gecəgörmə vasitələri – bu optik cihazlar müxtəlif silahların, döyüş və texnika vasitələrinin dəqiqliyini təmin edən vacib elementlərdir. 

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycan istehsalı olan, hədəfi daha yaxşı aşkar etmək, görmək, məhv etmək üçün istifadə olunan optik, termal, gecəgörmə cihaz və vasitələrini, həmçinin döyüş meydanında görünməz qala bilən zirehli texnikanı “Marş” verilişində görmək olar.

Müasir müharibə meydanında, hərbi əməliyyatlarda, xüsusilə antiterror əməliyyatlarında optik sistemlərdən, termal nişangahlardan və gecəgörmələrdən istifadə edilir. Hazırda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda Silahlı Qüvvələrimiz üçün 12 adda optik cihaz istehsal edilir. 

/oxu.az/