Orduya çağırış başladı

Müddətli həqiqi hərbi xidmətdə olan əsgərlər ehtiyata buraxılacaq…

Müddətli həqiqi hərbi xidmətdə olan əsgərlər ehtiyata buraxılacaq.

Bu gün Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 2014-cü ilin aprel ayının 1-dən 30-na kimi 1996-cı il təvəllüdlü, çağırış gününə qədər və çağırış günü də daxil olmaqla 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılacaq.

Eləcə də 1978-1994-cü il təvəllüdlü 35 yaşı tamam olmamış həqiqi hərbi xidmət keçməmək üçün hüquqi əsasları olmayan və Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməkdən azad edilmiş vətəndaşlar hərbi xidmətə çağırılacaq.

2014-cü ilin Aprel ayının 1-dən 30-na kimi Azərbaycan Respublikasının “Hərbi məsuliyyət və hərbi xidmət” haqqında 38.1.1 Qanuna uyğun olaraq hərbi xidməti bitirmiş hərbçilər tərxis ediləcək.

www.oxu.az