Peşə vəzifəsini icra edən 211 jurnalist tutulub

KİV təmsilçiləri üçün ən ağır şəraitli yer Yaxın Şərq sayılır…

KİV təmsilçiləri üçün ən ağır şəraitli yer Yaxın Şərq sayılır.

 

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi 2013-cü il üzrə hesabat açıqlayıb.

 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “nyusru”-nun verdiyi məlumata görə, hesabatda bildirilib ki, peşə vəzifəsini icra edən 70 jurnalist öldürülüb, 211-i həbs olunub.

 

2012-ci ildə isə bu məsələlər üzrə rekord nəticə qeydə alınıb – 72 jurnalist qətlə yetirilib, 232-si isə tutulub.

 

Hüquq müdafiəçiləri qeyd edib ki, peşə borcunu icra edən jurnalistlərə qarşı qanunsuz davranan cinayətkarlar çox vaxt cəzalandırılmır.

 

Komitə KİV təmsilçiləri üçün ən ağır şərait olan yerin yenə Yaxın Şərq olduğunu vurğulayıb. Cari ildə vətəndaş müharibəsi gedən Suriyada 28 jurnalist, oxşar durumda olan İraqda medianın 10 təmsilçisi, Misirdə isə 6 KİV nümayəndəsi öldürülüb.

 

/oxu.az/