Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nı təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb…

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədilə imzalanan sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan prezidentinə təqdim etsin.

/Apa/