Prezident müraciət edib

Məktubu baş nazirin müavini Abid Şərifov oxuyub…

Məktubu baş nazirin müavini Abid Şərifov oxuyub.

İnanıram ki, forumunuz qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə yol açacaq və qarşıdakı illər üçün fəaliyyətinizin aparıcı inkişaf meyillərinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin II Xəzər Su Texnologiyaları konfransı iştirakçılarına ünvanlanan məktubunda belə deyilir.

Məktubu baş nazirin müavini Abid Şərifov oxuyub:

“Ölkəmizdə müxtəlif sahələr üzrə keçirilən ənənəvi tədbirlər sırasında su təchizatı sistemlərində qazanılan uğurların və dünyada tətbiq olunan innovativ texnologiyaların nümayiş etdirildiyi sərgi və konfransınızın özünəməxsus yeri var.

Bu gün dinamik inkişaf edən Azərbaycan ölkə əhalisinin sağlamlığını qorumaq məqsədilə keyfiyyətli içməli su təchizatı sistemlərini müasir standartlara uyğun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr gerçəkləşdirir.

Beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və yeni təşəbbüslərin işgüzar dairələrə çatdırılması baxımından mühüm əhəmiyyətə malik konfransınızın işində 90-dan artıq nüfuzlu alimin, eləcə də sərgidə 24 ölkənin 80-ə yaxın şirkətinin iştirakı bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.

İnanıram ki, forumunuzun qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə yol açacaq və qarşıdakı illər üçün fəaliyyətinizin aparıcı inkişaf meyillərinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək” .

www.oxu.az