Jurnalistlər təlimlərdə iştirak ediblər…
Jurnalistlər təlimlərdə iştirak ediblər.
Ukraynanın UNİAN İnformasiya Agentliyinin yaydığı məlumata görə, bir il əvvəl Rusiya televiziyasında Xüsusi Əməliyyat qüvvələri (XƏQ) xaricdə qeyri-leqal fəaliyyət üçün xüsusitəyinatlılar haqqında süjet göstərilib.
Süjet 2013-cü il 28 aprel tarixində “Rossiya-24” telekanalında “Vesti nedeli” proqramının buraxılışında Dmitri Kiselyov ilə göstərilib.
“İlk dəfə Rusiya hərbçiləri xaricdə qeyri-leqal fəaliyyət göstərməyə hazır olduqlarını bildirdilər” – Vesti proqramının aparıcısı bu xəbəri kamuflyajda və maska geyinmiş insanların fonunda çox böyük qürurla bəyan edir.
Krımı işğal edən və Ukraynanın şərq ərazisində vaxtaşırı peyda olan adamlar bu xüsusitəyinatlı dəstənin üzvlərini çox xatırladır.
Jurnalistlər təlimlərdə iştirak ediblər.
Yeni xüsusitəyinatlılar “incə məsələləri” həll etməli, “müəyyən ölkələrin diqqət və qüvvəsini xarici problemlərdən yayındıraraq daxili problemlərə yönəltməli, bu dövlətlərin siyasi sistemlərinin tarazlığını pozmalı, vəziyyəti qeyri-stabil hala salmalıdırlar. XƏQ xarici partizan hərəkatlarını yaradır, tədris və idarə edirlər, yad ərazidə heç bir sanksiya olmadan arzuolunmaz liderləri hakimiyyətdən uzaqlaşdırırlar”.
/oxu.az/