Bakıda qaçqınların yataqxanasını sökürlər

“Bina küçənin mənzərəsini korlayır”…

“Bina küçənin mənzərəsini korlayır”.

Bakıda Ceyhun Hacıbəyli küçəsində yerləşən (keçmiş Fabrisius) vaxtı ilə xarici tələbələr üçün tikilən yataqxananı sökməyə başlayıblar.

Oxu.Az Haqqın.az istinadən bildirir ki, son illərdə bu yataqxanada Qarabağ münaqişəsi ərazisindən olan qaçqınlar yerləşdirilib.

Eyni zamanda yaxınlıqda yerləşən “xruşovka” da sökülür. İcra hakimiyyəti nümayəndələrinin sözlərinə görə, bu, köhnə, uçuq binalar küçənin mənzərəsini korlayırlar.

Qeyd edək ki, son ildə qaçqınların yaşadığı, onlarla köhnə binalar sökülüb, sakinlər isə şəhər ətrafında xüsusi olaraq onlar üçün tkilmiş binalara köçürülüblər.  

www.oxu.az