Qoşulmama Hərəkatı;Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb

Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında yekun sənəd qəbul olunub.
APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə verdiyi açıqlamada yekun sənədin 382-ci bəndində Ermənistan-Azərbaycan münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi vurğulanıb. Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə çağırıblar. Sənəddə bildirilir ki, münaqişə güc tətbiq etməmək və beynəlxalq hüququn əsas prinsipləri əsasında həll olunmalıdır. Sənəddə Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə tanınır və ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdiyi qeyd olunur. .. Apa.