Ramiz Mehdiyev: Ermənistan rəhbərləri çox təhlükəli oyunun “peşka “sına çevriliblər

Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilibdir. Ermənistan rəhbərləri çox təhlükəli oyunun “peşka “sına çevriliblər, öz ölkəsinin xarici ölkənin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda bazar ertəsi keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış ” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib… Trend.