Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana əlavə təkliflər təqdim olunacaq – Fransa XİN rəhbəri

Razılığa nail olunması üçün Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsi üzrə əlavə təkliflər təqdim ediləcək. Bu barədə Fransa XİN rəhbəri Alen Jüppe “Exo Moskvı ” radiostansiyasına müsahibəsində bildirib.
“Mən, ələbəttə, Rusiyanın, Rusiya prezidentinin səylərini alqışlayıram, o bu məsələdə həm Soçidə, həm də Kazanda çox səy göstərib. Lakin bunun heç bir nəticəyə gətirib çıxarmaması, əlbəttə, üzücüdür “, – Jüppe deyib.
Bununla belə, o qeyd edib ki, indi bu məsələ ilə bağlı əlavə təkliflər təqdim olunacaq.
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər… Trend.