Roma papası: Türkiyə-Ermənistan sərhədləri açılsın

“O qədər gözəl bir şey olar ki…”….

“O qədər gözəl bir şey olar ki…”.

Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, papa Türkiyəyə 3 günlük səfərini tamamlayaraq Vatikana dönüb.

Papa jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin onun qəlbində olduğunu bildirib:

“Kaş o sərhəd açılsa… O qədər gözəl bir şey olar ki… Mən o bölgədə sərhədlərin açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Xalqlar arasında anlaşma olması üçün dua edək”.  

Qeyd edək ki, papa Fransisk Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, dini işlər üzrə idarənin rəhbəri Mehmet Görməz və digər rəsmi şəxslərlə görüşüb.

www.oxu.az