Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır ki, regionda sülh və sabitlik bərpa edilsin. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda Milli Məclisin deputatları ilə görüşündə İtaliya Parlamentinin nümayəndə heyətinin rəhbəri, senator xanım Rossana Boldi deyib.
Boldinin sözlərinə görə, İtaliya Parlamentində Dağlıq Qarabağ münaqişəsi tez-tez müzakirə olunur.
İtaliyalı deputat deyib ki, Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında vacib rola malikdir. Azərbaycanın bu rolunu yüksək qiymətləndirən Boldi bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir…