Rumıniya Azərbaycan qazını almaq niyyətindədir

Yeni marşrut “Cənub Qaz Dəhlizinin” bir hissəsi ola bilər…

Yeni marşrut “Cənub Qaz Dəhlizinin” bir hissəsi ola bilər.

Rumıniyanın Transgaz şirkəti sonradan Avropada satmaq üçün Bolqarıstan vasitəsilə Azərbaycan qazını almaqda maraqlıdır.
Oxu.Az 
İnterfaks-ya istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə şurasının üzvü Boqdan İliyesku bildirib, bolqar KİV yazır.

İliyesku qeyd edib ki, Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Rumıniya qaz kəmərlərinin çəkilişindən sonra onların vasitəsilə Azərbaycan qazının nəql olunacağı Transadriatik qaz kəmərindən (TAP) təbii qazın alınması mümkündür. 

“Bolqarıstan vasitəsilə qaz Rumıniyaya, buradan isə rumın qazpaylayıcı şəbəkələri vasitəsilə Macarıstana nəql oluna və beləliklə Avstriya bazarına çata bilər”, – deyə, o bəyan edib.
Rumın şirkətinin nümayəndəsi hesab edir ki, bu marşrut Avropanın Xəzər regionundan təbii qaz alacağı “Cənub Qaz Dəhlizinin” bir hissəsi ola bilər.

TAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağının 2-ci mərhələsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 milyard kubmetr təşkil edir və bu həcmi 20 milyard kubmetrədək artırmaq olar. TAP ilə Azərbaycan qazının tədarükünə 2019-cu ildən başlamaq nəzərdə tutulur.
www.oxu.az