Rusiya əhalisinin yarısı gəlmələr olacaq

Qonşu ölkənin milli təhlükəsizliyi miqrasiya həyəcanı yaşayır…

Qonşu ölkənin milli təhlükəsizliyi miqrasiya həyəcanı yaşayır.

Milli Strategiya İnstitutu (MSİ) Rusiyaya gələnlərin artan sayına və bu prosesin nəticələrinə həsr edilmiş hesabat hazırlayıb. 

2050-ci ildə Rusiya əhalisinin yarısı mühacirlərdən ibarət olacaq.

Oxu.Az xəbər verir ki, Milli Strategiya İnstitutunun hesabatına görə, Rusiyada vəziyyəti qeyri-leqal mühacirlər mürəkkəbləşdirir. FMX Rusiyada 3,6 milyon mühacir olduğunu hesablayıb.

Tədqiqatçıların proqnozlarına görə, qastrabayterlərin sayı bu templə artmağa davam edərsə, o zaman 2050-ci ildə RF-in əhalisinin yarısı mühacirlərdən ibarət olacaq.

www.oxu.az