Rusiya Ermənistana döyüş vertolyotları yeridir

Vertolyotları çoxşaxəli məsələlərin həlli üçün istifadə etmək planlaşdırılıb…

Vertolyotları çoxşaxəli məsələlərin həlli üçün istifadə etmək planlaşdırılıb.

 

Rusiya Ermənistanın cənubi hərbi vilayətində aviasiya bazası yerləşdirməyi planlaşdırır.

 

Oxu.Az “Вестник Кавказа”-a istinadən bildirir ki, Erebuni hərbi aerodromunda artıq ordu aviasiyasının təyyarəçiləri üçün hərbi və xüsusi obyektlərinin tikintisi başlanılıb.

 

Ermənistan respublikasının Erbuni aerodromuna ordu aviasiyasının aviatexnikasının gətirilməsi 2014-cü ilin III-IV rübünə nəzərdə tutulub. Ordu aviasiyası Mi-24P, Mi-8MT, Mi-8SMB vertolyotlarından ibarət olacaq.

 

Hava gəmilərinin hər bir vahidi üçün dayanacaqda yer ayrılıb, xidmət üçün yer texniki vasitələri nəzərdə tutulub.

 

Mi-24 və Mi-8 vertolyotları ordunun aviasiya dəstəyi və Ermənistan ərazisində Rusiya hərbi bazasının şəxsi heyətinin transportirovkası üçün istifadə planlaşdırılır.

/oxu.az/