Rusiya XİN: Moskva ümid edir ki, Ermənistan ABŞ-ın təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq

Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın şantajına və təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistana ABŞ silahını almağı və “müəyyən tarixi standartlar”dan yaxa qurtarmağı məsləhət görüb:

“Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək”.