Rusiyada mühacirlər vətənə xidmət etmək istəyirlər

“Biz artıq ətrafımızda baş verənləri sadəcə müşahidə edə bilmərik”…

“Biz artıq ətrafımızda baş verənləri sadəcə müşahidə edə bilmərik”.

Rusiya mühacirləri federasiyası xarici vətəndaşların ölkənin silahlı qüvvələrində xidmət etməyə hazır olduqlarını bəyan edib.

Bu haqda Oxu.Az İnterfaksa-a istinadən xəbər verir.

“Milyonlarla mühacir o cümlədən, bu gün üçün Rusiya ərazisində yaşayan keçmiş SSRİ vətəndaşları, Silahlı qüvvələrdə xidmət etməyə və Rusiya Federasiyasının müdafiəsində iştirak etməyə hazırdırlar”, – təşkilatın bəyanatında göstərilib.

Sənəddə göstərilir ki, Rusiya mühacirləri federasiyasını “Qərbin öz hökmranlığının möhkəmləndirilməsi üçün dünya ictimaiyyətinə göstərdiyi aqressiv təsir” narahat edir.

“Biz artıq ətrafımızda baş verənləri sadəcə müşahidə edə bilmərik. Birləşmək vaxtı gəlib. Rusiyada yaşayan xalqların hər hansı bir ideoloji baxışdan, dini və milli mənsubiyyətdən asılı olmayarq birləşməyi lazımdır. Yalnız xalqların bu birliyi bizi müdafiə edə bilər”, – sənəddə deyilir.

www.oxu.az