Səfir: “Avropa Birliyi Azərbaycan və Ermənistandan cavab gözləyir”

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın yaranması üçün bir sıra təkliflər irəli sürüb və Azərbaycanla Ermənistanın cavabını gözləyir”…

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimadın yaranması üçün bir sıra təkliflər irəli sürüb və Azərbaycanla Ermənistanın cavabını gözləyir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O bildirib ki, bu təkliflər iki ölkə arasında etimad artıran tədbirlərin həyata keçirilməsi, AB-nin xüsusi nümayəndəsinin Dağlıq Qarabağa səfər etməsinə imkan yaradılması və digər məsələləri əhatə edir.

R. Kobia problemin birbaşa həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğunu xatırladıb və qeyd edib ki, AB dəfələrlə Minsk Qrupuna və münaqişə tərəflərinə dəstək verməyə hazır olduğunu açıqlayıb: “Avropa Birliyi kömək etməyə hazırdır, lakin əvvəlcə buna imkan yaradılmalıdır”.

/Apa/