Sərkisyan: “Prezident olmaq istəmirəm”

Ermənistan prezidenti Serj Sərkisyan ölkədə konstitusiya islahatları gerçəkləşsə belə, növbəti dəfə ölkəyə rəhbərlik etmək niyyətində olmadığını söyləyib…

Ermənistan prezidenti Serj Sərkisyan ölkədə konstitusiya islahatları gerçəkləşsə belə, növbəti dəfə ölkəyə rəhbərlik etmək niyyətində olmadığını söyləyib. Modern.az erməni qaynaqlarına istinadən xəbər verir ki, S. Sərkisyan özü bu barədə konstitusiya islahatları üzrə ixtisaslaşmış komissiyasının üzvləri ilə görüşdə danışıb. Komissiya sədri Qaqik Artunyan prezidentə islahatlar paketinin hazır olduğunu desə də, erməni prezidenti bunun ona aid olmayacağını bəyan edib. “Mən Sərkisyan olaraq rəsmən bəyan edirəm ki, islahatlarla bağlı müzakirələrdə mənim arzularıma uyğun olmayan variantlar seçilsə, dövlət başçısı postuna iddia irəli sürməyəcəyəm. Mən parlamentli idarəetmə modelini nəzərdə tuturam. Bunlar gerçəkləşsə, mən baş nazir vəzifəsinə də iddia etməyəcəyəm. Bir insan iki dəfədən artıq ölkəni idarə etməyə məcbur deyil”,-deyə S. Sərkisyan bildirib. <p “> <p “>

Qeyd edək ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilərək parlamentli respublika yaradılması məsələsi gündəmdədir.

/Modern.az/