Əsas məsələ Rusiya Prezidentinin təkliflərinin mahiyyətidir – politoloq

Rusiya Prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Bakı və Yerevana təqdim olunmuş təkliflərində problemin həlli üçün hansısa yeni nüanslar öz əksini tapmalıdır, əks halda heç bir irəliləyiş gözləməyə dəyməz. Azərbaycanlı politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov bildirib.
“Əgər orada bütün bundan əvvəlki görüşlər ərzində olanlar təkrar olunacaqsa, onda heç bir nəticə olmayacaq “, – politoloq deyib.
Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.
Politoloqun sözlərinə görə, Azərbaycana əvvəlcədən əlverişsiz və yerinə yetirilməsi mümkün olmayan şərtlər diqtə etmək olmaz. “Biz erməni tərəfinin bizə təklif etdiyi və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin sükutla dəstəklədiyi Dağlıq Qarabağın hansısa müstəqillik statusu ilə razılaşa bilmərik “, – Sadıxov bildirib… Trend.