Serj Sarkisyanın sözlərinə zidd hərəkətləri region xalqlarının gələcəyinə mənfi təsir göstərir

Ermənistan Prezidenti Serj Sarkisyanın ən azı sözdə regionun və orada məskunlaşan xalqların gələcəyinə qayğı göstərdiyini eşitmək sevindiricidir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev Serj Sarkisyanın son çıxışını şərh edərkən deyib.
“Təəssüf ki, Ermənistan hakimiyyətinin işdə regionun stabilliyi və çiçəklənməsinə cəhd göstərməsi hiss olunmur. Prezident Sarkisyan Dağlıq Qarabağ ətrafındakı sülh prosesinə özünün destruktiv yanaşması ilə regionun inkişafını əngəlləyir “, – Abdullayev deyib… Trend.