Slovakiyanın Dağlıq Qarabağ üzrə rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır.

Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa “müstəqiliyinin ” 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunmuş informasiya ilə bağlı rəsmi təkzib yayıb.
Səfirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, təbrik onların öz təşəbbüsüdür.
“KİV-lərdə dərc olunmuş məlumatda göstərilən vəzifələri – “Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri ” vəzifələri həqiqətə uyğun deyil. Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar “, – səfirliyin təkzibində deyilir… Trend.