SƏNƏDLƏŞDiRMƏ

Dövlət rüsumları haqqında məlumatMiqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi ilə əlaqədar 1 iyul 2009-cu il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən bəzi qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əlavə və dəyişikliklər edilmişdir. Həmin qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətlərnin uzadılmasına, həmçinin ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə ödəniləcək dövlət rüsumları aşağıdakı məbləğlərdə müəyyən edilmişdir:

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
3 ayadək 30 manat
6 ayadək 60 manat
1 ilədək 120 manat
tələbələr üçün illik 40 manat

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə: 300 manat

Ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
1 ayadək 30 manat
1 aydan 2 ayadək 60 manat
2 aydan 3 ayadək 90 manat

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə ödəniləcək dövlət rüsumu isə 10 manat məbləğində müəyyən edilmişdir.