SOCAR: İxtisarlar gözlənilmir

Şirkət rəsmisi açıqlama verdi…

Şirkət rəsmisi açıqlama verdi.

Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Dövlət Neft Şirkətinin əməkdaşlarının ixtisarı gözlənilmir.

Bu barədə Oxu.Az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Xatırladaq ki, Böyük Britaniyanın BP şirkətinin icraçı direktoru Robert Dadli “The Guardian”a verdiyi açıqlamada şirkətin ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan kimi ölkələrdə çalışan bölmələrinin əməkdaşlarının ixtisar olunacağını bildirmişdi.

Öz növbəsində Oxu.Az-a açıqlama verən BP Azerbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı şirkətdə ixtisarların aparılacağı barədə məlumatı təsdiqləyib.  

www.oxu.az