“Sumqayıt ” İES elektrik enerjisinin istehsalını artırıb

2014-cü ilin yanvarında “Sumqayıt ” istilik elektrik stansiyası (İES) təqribən 310,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib…

2014-cü ilin yanvarında “Sumqayıt ” istilik elektrik stansiyası (İES) təqribən 310,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm təxminən 277 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi “Azərenerji ” ASC-nin yaydığı məlumatda deyilir.

İES 2013-cü ildə 2,88 milyard kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da 2012-ci ilin göstəricisindən 855 min kilovat-saat çoxdur.

Ümumi gücü 525 MVt olan “Sumqayıt ” elektrik stansiyasında iki ədəd qaz və bir ədəd buxar turbini quraşdırılıb.

Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.

/Trend/