Türkiyədə Dağlıq Qarabağla bağlı mühüm qərar qəbul olundu

Türkiyə Gənclik Konfederasiyasına daxil olan İstanbul Gənclik Federasiyası(İGF) yanvar ayının 5-də Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı mühüm sənəd qəbul edib. Bu barədə məlumatı hazırda İstanbulda gənclərdən ibarət nümayəndə heyəti ilə səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, ötən gün “İslahatçı Gənclər”in nümayəndə heyəti ilə İGF-nin rəhbərliyi arasında görüş baş tutub. Görüşdə İGF başqanı Alpay Gürel Azərbaycan həqiqətlərinə dəstək ifadə edən sənədi İGİB sədri Fərid Şahbazlıya təqdim edib… azxəbər.com