“Ərəb baharı”na son…
“Ərəb baharı”na son.
Bu gün Tunisdə “ərəb baharı” inqılabından sonra ilk dəfə prezident seçkiləri keçirilir. Məlumata görə, prosesdə azı 25 namizəd iştirak edir. Namizədlər arasında siyasi çəkisi ilə fərqlənən nümayəndələr azdır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, dövlət başçısı vəzifəsinə daha real namizəd kimi liberal “Nida Tunis” partiyasından Bəci Kaid Əssəbsi göstərilir. 87 yaşlı namizəd 2011-ci ilə qədər ölkənin baş naziri vəzifəsində çalışıb. Onun partiyası oktyabr ayında parlamentə keçirilən seçkilərdə də qalib gəlmişdi.
Yerli KİV-lər inqılabdan sonra prezident vəzifəsinə müvəqqəti təyin olunan Monsef Marzukini Əssəbsiyə qarşı ən ciddi rəqibi kimi görürülər.
Seçkilərdə namizədlərdən biri 50 faizlik səs həddini keçməzsə, dekabrda prosesin ikinci mərhələsinin keçirilməsi nəzərdə tutulur.