Türkiyə deputatı: Türkiyə Xocalı faciəsini soyqırımı olaraq tanımalıdır

“Bunları görməzdən gəlməyimiz soyqırımı gerçəyini gizlətməyəcək”…

“Bunları görməzdən gəlməyimiz soyqırımı gerçəyini gizlətməyəcək”.

 

Türkiyənin Xocalı soyqırımına səssiz yanaşması yeni soyqırımlara qapı açmaq deməkdir.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytının verdiyi məlumata görə, bunu Türkiyə parlamentinin MHP-dən olan üzvü Sinan Oğan keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Türkiyə Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır:

 

“Təəssüf ki, nə Türkiyə dövləti və TBMM, nə beynəlxalq məhkəmələr, nə də beynəlxalq ictimaiyyət Xocalı soyqırımı ilə bağlı konkret mövqeyini açıqlamayıb. Yalnız TBMM-in Xarici işlər komissiyası açıqlama yayıb. Xocalı faciəsinin soyqırımı olaraq tanınmasına dair verdiyim təklif isə parlamentin rəflərində gözlədilir”.

 

Millət vəkili qeyd edib ki, Türkiyə Xocalıya yetərincə dəstək verə bilmədiyi üçün Şərqi Türküstanda, İraqda, Suriyada bənzər təhdid və təhlükələr var:

 

“Bunları görməzdən gəlməyimiz soyqırımı gerçəyini gizlətməyəcək. Türkiyə Cümhuriyyətinin bütün səlahiyyətli qurumlarını, millət vəkillərini təklifimizə dəstək verməyə çağırırıq”.

 

/oxu.az/