Türkiyənin Baş Konsulluğu terrorçuların hücumuna məruz qalıb

48 nəfər girov götürülüb…

48 nəfər girov götürülüb.

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna basqın edən “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatı diplomatik nümayəndəlikdə olan 48 nəfəri girov götürüb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, girov götürülənlərin 2-nin uşaq, 3-nün qadın, 14-15-nin konsulluq işçisi, digərlərinin isə konsulluğu mühafizə edən xüsusi təyinatlılar olduğu bildirilir. Onların hamısı İŞİD tərəfindən naməlum istiqamətə aparılıb. Girov götürülmə olayını İŞİD özü də təsdiqləyib.

Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada kəşfiyyatın rəhbəri Hakan Fidan və bəzi nazirlərin iştirakı ilə fövqəladə toplantı keçirib. Toplantıya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsi rəisinin də qatılması diqqət çəkib. Bu fakt Türkiyə rəhbərliyinin İraqın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat keçirmək ehtimalını da düşündüyünü göstərir.

Olayı ABŞ-da öyrənən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorka səfərini yarıda kəsərək ölkəyə dönməyə qərar verib.

www.oxu.az