Türkiyənin dövlət bayramı Bakıda da qeyd edildi

Tədbirdə bu ölkənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun iştirak edib…

Tədbirdə bu ölkənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun iştirak edib.

Türk Respublikasının yaranmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın paytaxtı Bakıda Türkiyə səfirliyi tərəfindən Türkiyə Respublikasının 91 illiyinə həsr olunmuş tədbir təşkil edilib.  

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Bakıdakı səfiri İsmail Alper Coşqun, Baş nazirin müavini Abid Şərifov, Prezident Administrasiyasının rəhbərləri, yüksək rütbəli məmurlar, deputatlar və d. iştirak edib.

Tədbirdə iki ölkənin himni səslənib, sonra isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mühüm gün münasibətilə göndərdiyi təbrik məktubu cənab Coşqun tərəfindən oxunub.

Məktubda Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını Respublika günü münasibətilə təbrik edən prezidentin 91 il müddətində digər ölkələrin ərazi bütövlüyünə, daxili işlərinə hörmət etdiyi, ümumi dəyərlərə üstünlük verdiyi vurğulanıb. Bundan başqa 91-ci ildönümünün ölkəyə, xalqa, dost və qonşu ölkələrə uğur gətirəcəyinə ümid etdiyini bildirib.  

Öz növbəsində Abid Şərifov türk xalqını öz adından və Azərbaycan prezidenti İlham Əliyevin adından təbrik edərək, Türkiyəyə sülh, əmin-amanlıq, sabitlik və uğur arzu edib.  

 

www.oxu.az