UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib

UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib.
“Biz UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq, bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik “, – Trend-in məlumatına görə, cümə günü jurnalistlərə açıqlamasında UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib.
Bu il martın 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetiriblər… Trend.