XİN-dən Sarkisyana sərt cavab

Elman Abdullayev şərh yazıb…

Elman Abdullayev şərh yazıb.

Serj Sarkisyan təxribat dolu bəyanatları ilə sülh prosesinə zərbə vurur və rəsmi İrəvanın qeyri-konstruktivliyini bir daha təsdiqləmiş olur.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Twitter səhifəsində Ermənistan Prezidenti Serj Sarkisyanın Türkmənistanda səsləndirdiyi bəyanatla bağlı şərhində yazıb.

Xatırladaq ki, S.Sarkisyan Türkmənistana səfəri zamanı Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun mübahisə predmeti olmadığını söyləyib və bunun hüquqi baxımdan təsbit olunmasının vacibliyini vurğulayıb.

www.oxu.az