XIN: Türkiyənin Baş naziri Prezident ola bilər

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti seçilə bilər. Bunu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib….

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti seçilə bilər. Bunu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı “Anadolu ” agentliyi yayıb.

Onun sözlərinə görə, lakin Baş nazirin prezident seçkilərində iştirak üçün öz namizədliyini irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

 

/Trend/