Zahid Oruc: “Xocalı soyqırımı beynəlxalq səviyyədə soyqırımı kimi tanınıb “

 

“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib “. Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib…

“Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib “. Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

 

Onun sözlərinə görə, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özününün əsl qiymətini alır: “Xocalı soyqırımının törədildiyi ilk illərdən ağrının, faciənin dərk olunması və itkilərin qiymətləndirilməsinə artıq nail olunub. Son 6-7 il ərzində fəal şəkildə işlər görülüb. Bu işlər daha sistemli, sırf hədəfə yönəlmiş şəkildə həyata keçirilir. Bu soyqırıma ilk siyasi dəyəri Ulu öndər Heydər Əliyev verib və bu faciəni qiymətləndirib. Artıq dövlətimiz dünya səviyyəsində işlər görüb və bu da öz nəticəsini verib. Xocalı soyqırımı beynəlxalq səviyyədə soyqırım kimi tanınıb və ABŞ-ın 6-dan artıq ştatı bu soyqırıma öz hüquqi qiymətini verib “.

 

Zahid Oruc onu da qeyd edib ki, Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva daha fəal bir şəkildə, diplomatik formada Xocalı soyqırımının tanıdılması istiqamətində böyük işlər görüb: “Hesab edirəm ki, bundan sonra da Xocalı soyqırımının tanıdılması istiqamətində işlər davam etdiriləcək və siyasi qiymət veriləcək. Bizim amalımız orada şəhid olan insanların haqqını vermək və torpaqlarımıza daim təcavüz edən ermənilərin hərəkətlərini dünyaya çatdırmaqdır “.

/sia/