Zakir Həsənov ordunu döyüşə hazırlayır

Təlimlər davam edir…

Təlimlər davam edir.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.