ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənəd yerləşdirilib.
Sənəddə Dağlıq Qarabağ bölgəsi Azərbaycanın işğal edilmiş ərazisi adlandırılır. ..ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sənəd yerləşdirilib.
Sənəddə Dağlıq Qarabağ bölgəsi Azərbaycanın işğal edilmiş ərazisi adlandırılır.
Sənəddə qeyd edilir ki, əhalisinin əksəriyyəti ermənilər olan Dağlıq Qarabağ Azərbaycanın lap mərkəzində yerləşir və Azərbaycan ərazisinin təqribən 20 faizi işğal edilib. Azərbaycanın Ermənistanla həmsərhəd rayonları da işğal edilmiş ərazilər adlandırılır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili siyasət məsələsi, regionda həll edilməmiş münaqişə isə Ermənistanla münaqişə kimi göstərilib.
Fransa XİN-i öz vətəndaşlarına Dağlıq Qarabağa və onun ətrafındakı yeddi rayona səfər etməməyi məsləhət görür, onları işğal edilmiş adlandırır və xəbərdarlıq edir ki, əgər bu bölgəyə səfər edən şəxsin pasportunda Dağlıq Qarabağın faktiki (seçilmiş yox!) hakimiyyət orqanları tərəfindən verilmiş qondarma “viza” (dırnaq işarəsi sənəddə göstərilib) vardırsa Azərbaycan ərazisinə daxil olmaq mümkün deyil.
Apa.