Almaniyada Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbirlər keçiriləcək

Fevralın 26-da Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Azərbaycan, türk, yəhudi və digər icmaların 50-dək nümayəndəsi iştirak edəcək. Tədbirdə Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının üzvü S. Springer və Global DEVELOPMENT GMBH-ın direktoru Aleksandr Mishalcukun Xocalı soyqırımı ilə bağlı çıxış edəcəkləri gözlənilir. Tədbir zamanı Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq…Fevralın 26-da Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbirdə Azərbaycan, türk, yəhudi və digər icmaların 50-dək nümayəndəsi iştirak edəcək. Tədbirdə Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının üzvü S. Springer və Global DEVELOPMENT GMBH-ın direktoru Aleksandr Mishalcukun Xocalı soyqırımı ilə bağlı çıxış edəcəkləri gözlənilir. Tədbir zamanı Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq.
Alman-Azərbaycan Mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə daha bir tədbir fevralın 19-da Almaniyanın Şenebek şəhərində baş tutacaq. Şenebek şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş boks və kikboks turnirləri keçiriləcək.

Fevralın 26-da həmçinin Frankfurt Mayn şəhərində Avropa Azərbaycanlıları Konqresi Xocalı faciəsinə həsr olunmuş konfrans keçirəcək. Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor cəmiyyətlərinin nümayəndələrinin iştirak edəcəyi konfransda Türkiyənin Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının üzvü professor Kərim Şükürov, politoloq Yohannes Heinrich, Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edəcəklər.

Apa