31 Mart – azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Lənkəranda silsilə tədbirlər keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri, müəssisə, idarə və təşkilatların nümayəndələri, ziyalılar və tələbələr şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər… Apa.