Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri ağır yaralanıb.
APA-nın məlumatına görə, hadisə martın 28-də cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 1991-ci il təvəllüdlü Ağa Ağamir oğlu Hüseynov düşmən gülləsinə tuş gəlib. Kürək nahiyəsindən güllə yarası alan A. Hüseynov hospitala yerləşdirilib… Apa.