Dövlət Miqrasiya Xidmətində 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. DMX mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetiriblər…Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Mart – Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. DMX mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetiriblər.
On minlərlə insan öz evlərindən didərgin salınıb, Bakıda 30 minə yaxın soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda isə 8 mindən artıq əhali, o cümlədən 2560 qadın və 1277 uşaq, Qubada 16 min nəfər öldürülüb. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd dağıdılıb. Azərbaycanlıların soyqırımı Qarabağ, Zəngəzur, Naxçıvan və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilib.
Sonda vurğulanıb ki, dünya ictimaiyyəti artıq təcavüzkarı və təcavüzə məruz qalan ölkəni yaxşı tanıyır: “Bütün Azərbaycan xalqı inanır ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaq”.

Apa.