Azərbaycanlıların soyqırımı günü Avstraliyada anılıb

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Avstraliyanın Sidney şəhərində Azərbaycan və türk icması tərəfindən anılıb. APA-nın Sidneydəki müxbirinin məlumatına görə, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmaməddin Qasımov Avstraliyada fəaliyyət göstərən ən böyük məscid olan Gelibolu Camisində 3000-dək insanın iştirak etdiyi cümə namazından öncə 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verib… Apa.