Azərbaycan və Rusiya Dağlıq Qarabağ məsələsində müxtəlif səviyyələrdə sıx əməkdaşlıq edirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Moskovskiye novosti ” qəzetinə müsahibəsində bildirib.
“Mənim Sergey Viktoroviç Lavrovla əlaqələrim kifayət qədər möhkəm və sıxdır. Prezidentlərin əlaqələri çox möhkəm və sıxdır. Xüsusilə də indi, Dmitri Anatolyeviçin münaqişənin nizamlanması üzrə işlərə şəxsən qoşulduğu vaxtda “, – XİN rəhbəri bildirib… Trend.