Parisdə Fransa və Azərbaycanın xarici işlər nazirləri Alen Jüppe və Elmar Məmmədyarov Kazandakı üçtərəfli görüşün yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Fransa XİN xəbər verir.
Azərbaycanda Fransanın investisiyaları və ticari-iqtisadi əlaqələrin inkişaf perspektivləri də gündəlikdə olub.
Məmmədyarov 6-7 iyul tarixində Parisdə işgüzar səfərdədir. O, burada bu ölkənin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunda həmsədrliyi kontekstində Fransanın rəsmi şəxsləri ilə görüşlər keçirir.
“Bu səfər Fransa ilə Azərbaycan arasındakı dərin dostluq əlaqələrini əks etdirir, ikitərəli münasibətlərin və əməkdaşlığın saxələndirilməsinə sadiqliyimizi təsdiqləməyə imkan verir “, – Fransa XİN-in məlumatında deyilir. Trend