Kazan görüşü Qarabağ münaqişəsinin həllində siyasi metodların keçərli olmadığını göstərdi – politoloq

Kazan görüşü bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında siyasi metodlar keçərli deyil. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, artıq münaqişənin həll olunması istiqamətində siyasi resurslar tükənib və yalnız hərbi resurslara ümid etmək olar. Əhmədoğlu bildirib ki, məsələnin hərbi yolla həll olunması üçün Azərbaycanın hər cür imkanı var.
“İyunun 26-də keçirilən hərbi parad bunu bir daha sübut etdi “, – Əhmədoğlu əlavə edib.
Politoloq onu da qeyd edib ki, Kazanda yenilənmiş Madrid Prinsipləri əsasında baza prinsipləri adlı sənədin imzalanması nəzərdə tutulmuşdu, lakin bu sənəd imzalanmadı… Trend.