Almaniya Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi bəyanat verib.
Trend-in məlumatına görə, Almaniya səfirliyinin bəyanatında deyilir ki, Almaniyanın mövqeyində heç bir dəyişiklik yoxdur: ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ rejimini və onun nümayəndəliyini tanımır.
Bir neçə gün bundan əvvəl Azərbaycan səfirliyi Almaniya XİN-ə sentyabrın 19-da Ştutqart şəhərində Dağlıq Qarabağdakı separatçı rejimin “20 illik müstəqilliyi “nə həsr olunmuş “Arsaxın 20 illiyi ” adlı konsert proqramının planlaşdırılmasına etiraz notası təqdim edib.
Səfirlik bildirir ki, Almaniya qondarma “Dağlıq Qarabağ Respublikası ” və onun strukturlarını tanımamaq siyasətini davam etdirir və Almaniyanın dövlət strukturlarının “Arsax Dostları ” təşkilatı və ona bənzər qurumlarla heç bir əlaqəsi yoxdur… Trend.