ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Adam Koberatski çərşənbə günü Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanla görüş keçirib.
Trend-in Mediamaks-a istinadən yaydığı məlumata görə, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son inkişafı təqdim edib.
Artur Baqdasaryanla görüşdə Koberatski ATƏT və Ermənistanın təhlükəsizlik sahəsində əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib…
Trend.